“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Olimpiakos”a qarşı keçiriləcək oyundan öncə maraqlı addım atıb.

Offsideplus.az Sfera.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunun girişində komandanın futbolçularının formalarının maketlərini yerləşdirib.

Qeyd edək ki, “Qarabağ” - “Olimpiakos” matçı bu gün saat 20:45-də baş tutacaq.

 Həmin görüntüləri təqdim edirik: