UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda bu gün keçiriləcək "Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarılıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaq komandanın azarkeşləri oyuna gəlmədiyindən əldə olunmuş razılığa əsasən, 28-ci sektorun biletləri də satışa çıxarılıb.

Xatırladaq ki, 30, 31, 37 və 38-ci sektorlara biletləri yalnız kassalardan əldə etmək mümkündür. Kassalar bu gün saat 17:00-a qədər fəaliyyət göstərəcək. Digər biletləri isə iticket.az saytından əldə etmək mümkündür.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək)
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış)
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır (11:00-22:00).

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.