UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ" "Olimpiakos"la qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi matçda itkisiz çıxacaq. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə saytımıza açıqlama verib.

"Bu gün "Olimpiakos"a qarşı oyunda komandamızda heç bir itki yoxdur". 

Qeyd edək ki, "Qarabağ" - "Olimpiakos" matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək.