Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun "Qarabağ" - "Olimpiakos" oyunu üçün sabah son 300 bilet satışa çıxarılacaq.

Offsideplus.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

29-38-ci sektorlarda olan biletləri onlayn deyil, yalnız kassalardan almaq mümkündür.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək)
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış)
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır (11:00-22:00).

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.