"Olimpiakos" (Yunanıstan) klubu UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la matçdan öncə əsas komandasına yeni futbolçu cəlb edib.

Offsideplus.az xəbər verir ki, B komandasında oynayan yaşlı müdafiəçi Aleksis Kalogeropulos əsas komanda ilə məşqlərdə iştirak edib. O, "Olimpiakos"un UEFA-ya göndərdiyi iştirak ərizəsinin B siyahısına daxil olunub. Lakin futbolçunun Ağdam təmsilçisi ilə görüşdə meydana çıxıb-çıxmayacağı hələlik məlum deyil.

Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.