"Olimpiakos"un müdafiəçisi Qonsalo Avila "Qarabağ"la cavab oyununu buraxa bilər.
Offsideplus.az xəbər verir ki, buna 24 yaşlı futbolçunun Yunanıstan çempionatında OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri oyunda zədələnməsi olub. Bud nahiyəsindən xəsarət alan futbolçunun durumuna bu gün aydınlıq gələcək.
Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu üzrə keçiriləcək "Qarabağ" - "Olimpiakos" matçı oktyabrın 13-də saat 20:45-də start götürəcək.