"Olimpiakos"un baş məşqçisi Miçel Qonsales "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışıb.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis Ağdam təmsilçisinə məğlubiyyəti unutmalı olduqlarını söyləyib.

"Məğlubiyyəti unutmalı, qısa zamanda bərpa olunmalıyıq. Qarşıda OFİ-yə qarşı çempionat oyunumuz var. Keyfiyyətlərini və üstünlüklərini yaxşı bildiyimiz bir rəqibdir. Amma biz də "Olimpiakos"uq. Həmişə bütün oyunlarda qalib gəlməyə çalışmalıyıq".

Qeyd edək ki, "Qarabağ"ın "Olimpiakos"la cavab oyunu oktyabrın 13-ü Bakıda baş tutacaq.