Azərbaycan millisi və "Qarabağ"ın futbolçusu Şahruddin Məhəmmədəliyev bu gün keçirilən Bakı kəndləri arasında futbol turnirinin açılış mərasimində qonaq qismində iştirak edib.

Offsideplus.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 28 yaşlı qolkiper jurnalistlərə açıqlamasında “Qarabağ”ın Avropa Liqasının üçüncü turunun “Olimpiakos”a qarşı səfər matçı haqda danışıb:

“Olimpiakos”a qarşı matç çətin oldu. Çünki rəqib də yaxşı komanda idi. Amma biz yaxşı qələbə ilə vətənə qayıtdıq. Həqiqətən vacib qələbə idi. Artıq ilk görüş geridə qaldı və biz Bakıda “Olimpiakos”a qarşı keçirəcəyimiz ikinci oyunu gözləyirik”.

Məhəmmədəliyev komandasının Avropa Liqasındakı hədəflərindən də danışıb: “Biz Konfrans Liqası haqda fikirləşmirik. Avropa Liqasından növbəti mərhələyə çıxmaq istəyirik. Bunun üçün də çalışırıq”.

“Olimpiakos”la Pireydə keçirilən görüşdəki seyvi həftənin ən yaxşıları arasına düşən Şahruddin bununla bağlı isə belə deyib: “Bu, mənim işimdir. Mən qapıda dayanıram, qapının toxunulmazlığından cavabdehəm. “Viktoriya” ilə matçdan sonra mənim üçün çətin idi. Həm “Qarabağ”a, həm də Azərbaycan millisinə kömək etməyə çalışıram”