"Olimpiakos" klubunun baş məşqçisi Xose Miçel UEFA  Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirəcəkləri matçından öncə mətbuat konfransı təşkil edib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis oyunda qələbə qazanmaq istədiklərini deyib:

"Qarabağ"a qalib gəlmək istəyirik. Bunu bacara bilərik. Hansı komandanı təmsil etdiyimizi yaxşı bilirik. Mənim oyun fəlsəfəm ancaq qələbəyə hesablanıb. İlk addımı atmalıyıq. "Qarabağ" çox yaxşı komandadır. Bəzi top komandalarla oyunlarda gözəl qələbələr qazanıb. İllərdir avrokubokların qrup mərhələsində çıxış edir. Rəqibə hörmətlə yanaşırıq".

Xatırladaq ki, sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.