"Frayburq"un baş məşqçisi Kristian Ştrayx koronavirusa yoluxub.
Offsideplus.az klubun yaydığı məlumata istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisin COVID-19 testinin nəticəsi pozitiv olub. O, bu səbəbdən Fransanın "Nant" komandasına qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl keçirilən mətbuat konfransına onlayn formatda qoşulub.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhləsində ilk oyununda "Frayburq" qarşı 1:2 hesabı ilə uduzub. Cavab matçı noyabrın 3-də Bakıda oynanılacaq.