“Qarabağ”a məğlubiyyət hələ də boğazımda düyünlənib”.

Offsideplus.az xəbər verir ki, bunu “Nant”ın futbolçusu Dennis Appia Ağdam təmsilçisinə 0:3 hesabı ilə məğlub olduqları Avropa Liqasının qrup mərhələsinin 2-ci tur oyunu barədə klubun rəsmi saytına müsahibəsində deyib.

Appia avrokubok görüşlərinin çətin olduğunu söyləyib:

“Avropa səviyyəsində bir neçə böyük klubla üz-üzə gələcəyik. Bu cür təqvimi sevirik, uğurlu seriya üçün ayaqlarımızı yerə basmalıyıq. İlk turda “Olimpiakos” üzərində qələbə yaxşı idi. Bunun üçün hər şeyimizi ortaya qoyduq”.

Yarımmüdafiəçi hazırda “Frayburq” və çempionatdakı qarşılaşmalara fikirlərini yönəltdiyini bildirib.

Qeyd edək ki, “Qarabağ” qrupda növbəti görüşünü oktyabrın 6-da səfərdə “Olimpiakos”a (Yunanıstan) qarşı keçirəcək.