"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Olimpiakos"un müdafiəçisi Kostas Manolasın Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şardja" klubuna keçidi rəsmiləşib.
Offsideplus.az xəbər verir ki, tərəflər arasında müqavilə daha bir mövsüm uzatma ehtimalı ilə 2024-cü ilin yayına kimi imzalanıb.
Xatırladaq ki, "Olimpiakos"la "Qarabağ" arasında ilk matç oktyabrın 6-da Pireydə, cavab görüşü oktyabrın 13-ü Bakıda keçiriləcək.