UEFA "Qarabağ"ın futbolçusu Marko Yankoviçin Avroliqanın qrup mərhələsinin 2-ci turunda "Nant"la görüşün (3:0) 72-ci dəqiqəsində vurduğu qolu turnirin sosial şəbəkə hesablarında paylaşıb.

Offsideplus.az xəbər verir ki, qitənin ali futbol qurumu paylaşım belə şərh edib:"Marko Yankoviçdən güc və dəqiqlik".

Yankoviçin qolunun videosunu təqdim edirik: