"Nant" klubu "Qalatasaray"dan icarəyə götürdüyü Mostafa Mohamedi birbaşa transfer etmək istəyir.

Offsideplus.az  "Habertürk"ə istinadən xəbər verir ki, Fransa təmsilçisi 25 yaşlı forvardın mümkün transfer üçün "Cim-Bom"la danışıqlara başlayacaq. Türkiyə təmsilçisi misirli futbolçuya 7,5 milyon avro qiymət qoyub.

Qeyd edək ki, "Qalatasaray" heyətində yer almayan Mohamedi cari mövsümün əvvəlində "Nant"a icarəyə göndərmişdi. Mohamed yeni komandasında 11 oyuna çıxıb, 3 qol və 2 assistlə yadda qalıb.

Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasının G qrupunun II turunda Bakıda keçirilən ilk görüşdə "Nant"a 3:0 hesabı ilə qalib gəlib.