"Qarabağ"ın Avropa Liqasında rəqiblərindən olan "Nant" klubunun futbolçusu Alban Lyafon Fransa millisinə dəvət alıb.
Offsideplus.az xəbər verir ki, "Tottenhem"də çıxış edən komandanın əsas qapıçısı Uqo Lyoris zədələnib. Bu səbəbdən federasiya Lyafonu milliyə çağırıb.
Qeyd edək ki, Alban Lyafon "Qarabağ"ın Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub etdiyi matçda oynayıb.