"Olimpiakos" baş məşqçi postuna PSJ-nin sabiq çalışdırıcısı Loran Blanı gətirmək istəyir.

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. 56 yaşlı mütəxəssislə danışıqlar aparılır. Müqavilənin müddəti 2024-cü ilədək (+1 illik) nəzərdə turulub. 

Qeyd edək ki, Pirey təmsilçisi "Aris"ə 1:2 hesabı ilə uduzduqları matçdan sonra Karlos Korberanı istefaya göndərib.

Xatırladaq ki, "Qarabağ" "Olimpiakos"la ilk matçını oktyabrın 6-da səfərdə, cavab oyununu isə oktyabrın 13-də Bakıda keçirəcək.