Məlum olduğu kimi, "Qarabağ" sentyabrın 15-də UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Bakıda Fransa "Nant"ını 3:0 hesabıyla məğlub etdi.

 Bu qələbənin həm də mənəvi yükü vardı. Çünki son günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi toqquşmalarda 77 hərbçimiz şəhid olub və bu səbəbdən Ağdam təmsilçisinin zəfəri həssas məqamda xalqın ürəyinə su səpdi desək, yanılmarıq.

"Neftçi" klubunun sabiq idman direktoru Ceyhun Sultanov da Offsideplus.az-a açıqlamasında bu qələbənin vacibliyini qeyd edib: "Qarabağ"dan hər zaman qələbə gözləmək olar. "Nant" üzərində qalibiyyət də tam zamanında gələn qələbə oldu. Bu həssas dönəmdə Qurban Qurbanovun komandasının əldə etdiyi nəticə xalqımızın yarasına az da olsa məlhəm oldu".

Offsideplus.az