Marselonu heyətinə qatan "Olimpiakos" daha bir transfer bombasını partlatmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Pirey təmsilçisi "Real"ın sabiq futbolçusu Xames Rodriges ilə razılığa gəlib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçəcək. Tezliklə rəsmi müqavilə imzalanacaq.

"Olimpiakos"un Xamesi "Əl Rayyan" klubundan bir illik icarəyə götürəcəyi gözlənilir.

Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" matçı oktaybrın 6-da, cavab qarşılaşması isə oktyabrın 13-də baş tutacaq.