"Frayburq" qapıçısı Mark Flekkenlə yeni müqavilə bağlayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi 29 yaşlı qolkiperlə sözləşmənin müddətini artırıb.

Flekken 2018-ci ildən "Frayburq"un formasını geyinir.

Qeyd edək ki, "Qarabağ" "Frayburq"la keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçında 2:1 hesabı ilə uduzub.