"Frayburq"un qolkiperi Mark Flekken "Qarabağ"ın 2:1 hesabı ilə uduzduğu oyun barədə maraqlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı qolkiper buraxdığı qola görə topdan şikayətlənib:
"Sanki toplar çoxlu qol vurmaq üçün hazırlanır. Bu, Bundesliqadakı toplardan fərqlənir. Dəqiq və güclü zərbə vurulanda yellənir, çətinlik yaradır. Getdikcə daha çox qollar vurmalıyıq".
Qeyd edək ki, "Qarabağ"ın yeganə qolunu 39-cu dəqiqədə Marko Veşoviç vurub.