UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu üzrə "Qarabağ" "Frayburq"la qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi hazırda Bundesliqanın lideri olan komanda ilə çətin matçdan məğlub ayrılıb - 1:2. "Qarabağ"ın oyundakı yeganə qolunu isə 39-cu dəqiqədə Marko Veşoviç vurub.
Qrupun digər oyununda Fransa “Nant”ı Yunanıstan çempionu “Olimpiakos”u qəbul edib. Qarşılaşma "Nant"ın 2:1 hesablı qələbəsi başa çatıb.
8 sentyabr
UEFA Avropa Liqası, G qrupu
23:00. - "Frayburq"- "Qarabağ" 2:1 (İkinci hissə)
Qol: Vinçentso Qrifo, 7-pen., Ritsu Doan, 15, Marko Veşoviç, 39
Baş hakim: Erik Lambrexts (Belçika)
Frayburq. "Europa-Park" stadionu