UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ" "Frayburq"la qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Almaniya klubunun futbolçusu Vinçentso Qrifo oyundan öncə keçirilən mətbuat konfransında "Qarabağ"la oyundan çəkinmədiklərini bildirib:

"Rəqibin heyətində fərdi keyfiyyətləri yaxşı olan çox sayda futbolçu var. Onlar buraya yüksək motivasiya ilə gəliblər və meydanda var gücləri ilə mübarizə aparacaqlar. Amma rəqibdən çəkinmirik. Mütləq stresli oyun olacaq. Amma gözləntilər böyükdür. Heyətimizdə milli üzvləri var ki, onlar bu ritmi bilirlər. Olduqca xoşbəxtik. Ötən mövsüm mübarizə apardıq ki, cümə axşamı günlərində divanda oturub avrokubok matçlarını seyr etməyək".

Qeyd edək ki, "Frayburq" - "Qarabağ" matçı sentyabrın 8-dəBakı vaxtı ilə saat 23:00-da start götürəcək.