UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ" "Frayburq"la qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, Almaniya təmsilçisinin baş məşqçisi Kristian Ştrayx oyundan öncə keçirilən mətbuat konfransında "Qarabağ"la oyunu səbirsizliklə gözlədiklərini açıqlayıb:
"Matçı səbirsizliklə gözləyirik. Qarşımızda hər il Avropa Liqasında və ya Çempionlar Liqasında çıxış edən, beynəlxalq təcrübəyə malik komanda var. Son illər avrokuboklarda sabit çıxış sərgiləyən komanda ilə oynayacağımız üçün xoşbəxtəm. Biz Bundesliqa oyunlarına da eyni ciddiyətlə yanaşırıq. Hər iki liqada inamlı çıxış etmək istəyirik".
Qeyd edək ki, "Frayburq" - "Qarabağ" matçı sentyabrın 8-dəBakı vaxtı ilə saat 23:00-da start götürəcək.