UEFA Avropa Liqasının qrup mərhələsinin I turu üzrə "Qarabağ" Almaniyada "Frayburq"un qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, "Frayburq" - "Qarabağ" matçı Belçikadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Erik Lambrexts olacaq. Ona Jo de Veirdt və Matias Hillert yardım edəcək. Dördüncü hakim funksiyasını Vim Smet yerinə yetirəcək. 

VAR hakimləri fransalı Benua Miyo və Villi Delajo olacaq.

Qeyd edək ki,  "Frayburq" - "Qarabağ" matçı sentyabrın 8-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.