Almaniyanın “Frayburq” klubunun yarımmüdafiəçisi Rolland Şallai ciddi zədə alıb.

Offsideplus.az xəbər verir ki, hadisə Bundesliqanın hazırda davam edən 5-ci turunun “Bayer”lə səfər matçı zamanı baş verib. 4-cü dəqiqədə rəqib futbolçunun zərbəsi sağ vingerin göz nayihəsinə tuş gəlib. Həkimlər dərhal tibbi müdaxilə edib. Gözündən zədə alan oyunçu xərəkdə 9-cu dəqiqədə meydanı tərk edərək əvəzlənmək məcburiyyətində qalıb.

Onun qarşıdakı matçlarda iştirak edib-etməyəcəyi tibbi müayinədən sonra dəqiqləşəcək.

Xatırladaq ki, “Frayburq” növbəti görüşünü sentyabrın 8-də öz meydanında “Qarabağ”a qarşı keçirəcək. Avropa Liqasının qrup mərhələsinin bu oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.