Marselonu heyətinə qatan "Olimpiakos" daha bir transfer bombasını partlatmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Pirey təmsilçisi "Çelsi"nin futbolçusu Temue Bakayoko ilə yaxından maraqlanır. Bu barədə "Sportdog.gr" saytı məlumat yayıb. Klub 28 yaşlı oyunçunun yarımmüdafiədə böyük işlər görəcəyinə inanır. 

2017-ci ildən "Çelsi"yə transfer edilən fransalı yarımmüdafiəçi hazırda "Milan" klubunda icarədədir.

Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" matçı oktaybrın 6-da, cavab qarşılaşması isə oktyabrın 13-də baş tutacaq.