“Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində "Frayburq"a qarşı keçirəcəyi səfər matçından öncə Almaniyadakı azarkeşlərə müraciət edib.

Offsideplus.az xəbər verir ki, "Europa Park" stadionunda baş tutacaq görüşü izləmək istəyən fanatlar N-16 və N-17 sektorlarının giriş qapısından bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur.

Sentyabrın 8-də keçiriləcək “Frayburq” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.