UEFA Avropa Liqasının püşkatmasında üçüncü səbətdə yer alan "Frayburq"un baş məşqçisi Kristian Ştrayx "Qarabağ"la eyni qrupa düşmək istəyir.
Offsideplus.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis Azərbaycana gəlmək istədiyini söyləyib.
"Heç vaxt olmadığım stadionlarda oynamaq istəyirəm. Azərbaycan çox uzaqdır, ora təyyarə ilə yollanardıq. Amma heç vaxt bu ölkədə olmamışam. Dortmundakı stadionu artıq tanıyıram, amma xəbərdar olmadığım bir çox stadionlar var. Həmişə burda oynamışam".
Qeyd edək ki, "Qarabağ"ın ikinci səbətdən qoşulacağı püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.