Ötən gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, 10 oyunun hamısı eyni gündə keçirilib. 

Türkiyənin turnirdəki təmsilçilərindən "Sivasspor" səfərdə "Malmö"yə (İsveç) 1:3 hesabı ilə məğlub olub. "Fənərbağça" isə Avstriyada "Austriya" (Vyana) komandasına 2:0 hesabı ilə qalib gəlib

"Qarabağ"ın Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı "Sürix" öz meydanında "Harts"ı, "Ferentsvaroş" isə Budapeştdə "Şemrok Rovers" (İrlandiya) klubunu məğlub edib.

Avropa Liqası 

Pley-off mərhələsi, ilk oyunlar 

18 avqust

20:00. HİK (Finlandiya) - "Silkeborq" (Danimarka)  - 1:0

Qol: Devid Braun, 80

Qırmızı vərəqə: Andre Çalişir, 68 ("Silkeborq")

20:30. "Ferentsvaroş" - "Şemrok Rovers" (İrlandiya) - 4:0

Qollar: Karlos Auski, 13. Adama Traore, 35; 48. Eldar Çiviç, 90+3

21:00. "Sürix" (İsveçrə) - "Harts" (Şotlandiya) - 2:1

Qollar: Adria Gerrero, 32. Blerim Cemayli, 34 - Lourens Şeklend, 22 (penalti)

21:00. "Malmö" (İsveç) - "Sivasspor" (Türkiyə) - 3:1

Qollar: Musatafa Zeydan, 18. Anders Kristiansen, 37. Niklas Moysander, 68 - Leke Ceyms, 30

21:00. "Apollon" (Kipr) - "Olimpiakos" (Yunanıstan) - 1:1

Qollar: Rangelo Yanqa, 18 - Xvan In Bom, 29

21:00. "Pünik" (Ermənistan) - "Şerif" (Moldova) - 0:0

21:45. "Lüdoqorets" (Bolqarıstan) - "Jalgiris" (Litva) - 1:0

Qol: İvan Tatomiroviç, 2 (avtoqol)

Qırmızı vərəqə: Donatas Kazlauskas, 90+4

22:00. "Dnepr-1" (Ukrayna) - AEK (Larnaka, Kipr) - 1:2

Qollar: Aleksandr Svatok, 90 - Omri Altman, 16. Aleksandr Svatok, 29

Qırmızı vərəqə: Eduard Sarapi, 90+4

22:30. Gent (Belçika) - Omoniya (Kipr) - 0:2

Qollar: Haralambos Haralambus, 20. Brendon Barker, 76

23:00. "Austriya" (Vyana, Avstriya) - "Fənərbağça" (Türkiyə) - 0:2

Qollar: Coşua Kinq, 8. Serdar Dursun, 89

Qırmızı vərəqə: Lukas Qalvan, 83 ("Austriya")

Qeyd edək ki, cavab oyunları avqustun 25-də keçiriləcək.