UEFA Avropa Liqasının 2021/2022 mövsümünün final oyununa hakim təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Avroliqanın həlledici görüşünü - "Ayntraxt" (Frankfurt) - "Reyncers" matçını sloveniyalı hakimlər briqadası idarə edəcəklər. Baş hakim Slavko Vinçiç, yan xətt hakimləri Tomaj Klançnik və Andraj Kovaçiç, dördüncü referi isə serbiyalı Srcan Yovanoviç olacaq.

Xatırladaq ki, Mayın 21-i Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.