UEFA Avropa Liqasının 1/8 finalında keçiriləcək "Qalatasaray" - "Barselona" cavab matçı üçün hakim təyinatları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, oyunu İtaliya Futbol Federasiyasından Daniele Osrato idarə edəcək. Ona Alessandro Qiallatini və Fabiano Preti köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Daniele Çiffi yerinə yetirəcək.
Qeyd edək ki, martın 17-i keçiriləcək sözügedən görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandalar arasında ilk oyun qolsuz bərabərliklə başa çatıb.