Türkiyənin "Qalatasaray" klubunun prezidenti Burak Elmas komandaya mükafat söz verib.
Offsideplus.az "Ajansspor"a istinadən xəbər verir ki, 47 yaşlı funksioner İstanbul təmsilçisinin UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Barselona"nı mübarizədən kənarlaşdıracağı təqdirdə komandaya 1 milyon avro ayıracağını bildirib.
Xatırladaq ki, martın 10-u keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.