Millimizin hücumçusu Mahir Emrelinin də şərəfini qoruduğu Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç futbolçumuz haqqında danışıb.
Offsideplus.az xəbər verir ki, 45 yaşlı mütəxəssis doğma meydanda"Sevilya"ya qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan (ilk matç 3:1) əvvəl mətbuat konfransında Emreli haqda bunları deyib:
"Sevilya" ilə oyunda Mahir Emrelinin mübariz formada olmadığı göründü. Onun gəlişi də gecikdi. Hücumçunu yavaş-yavaş mümkün olan ən yaxşı vəziyyətə gətirəcəyik. İnanırıq ki, tezliklə bizə meydanda nə isə qazandırmağı bacaracaq".
Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Dinamo" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.