Məşhur türkiyəli FİFA referisi Cüneyt Çakır UEFA-dan növbəti dəfə təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Monaco" - PSV matçını idarə edəcək. Çakıra yan xətt hakimləri qismində Bahattin Duran və Tarık Ongun kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Alper Ulusoy yerinə yetirəcək.