UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermədə "Lester"in oyunçusu Patson Daka birinci olub. O, sorğuda Lorenzo İnsinye (“Napoli”), İssa Diop (“Vest Hem”) və Karl Toko Ekambini (“Lion”) qabaqlayıb.
Qeyd edək ki, Daka qrup mərhələsinin 3-cü turunda "Spartak"a (Moskva) 4:3 hesabı ilə qalib gəldikləri matçda komandasının bütün qollarını vurub.