“Fənərbağça” klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Olimpiakos”la (Yunanıstan) qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi bu matçda ulduz yarımmüdafiəçisi Məsut Özilin köməyindən yararlana bilməyəcək.
Belə ki, 33 yaşlı oyunçu qrip olduğu üçün “Olimpiakos”la matçın heyətindən çıxarılıb.
Qeyd edək ki, “Fənərbağça” - “Olimpiakos” matçına Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.