Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.

Offsideplus.az-ın məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma keçirilib.

Açılış matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya"sı Rusiyada "Spartak" (Moskva) klubu ilə üz-üzə gəlib. Görüş Varşava təmsilçisinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

Avropa Liqası

Qrup mərhələsi, I tur

C qrupu

18:30. "Spartak" (Moskva, Rusiya) - "Legiya" (Polşa) 0:1

Qol: Lirim Kastrati, 90+1

Moskva, "Spartak" stadionu

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin digər matçları sentyabrın 16-da baş tutacaq.