Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunları başa çatıb.

Offsideplus.az xəbər verir ki, bununla da qrup mərhələsinə yüksələn son 10 komanda müəyyənləşib.

Millimizin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" Polşada Çexiyanın "Slaviya" (Praqa) komandası ilə qarşılaşıb. İlk görüşdə 2:2 hesablı bərabərlik qeydə alındığından polşalıları bu matçda ancaq qələbə qane edirdi. Varşava təmsilçisi qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılaraq adını qrup mərhələsinə yazdırıb. Hər iki qolu Mahir Emreli vurub. Emreli ilk matçda da fərqlənmişdi.

"Fənərbağça" Finlandiyada HİK (Helsinki) klubunu 5:2 hesabı ilə məğlub edib. "Sarı-lacivərtlilər" bununla da qrup mərhələsinə vəsiqə qazanıb.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

19:00. "Alaşkert" (Ermənistan) - "Reyncers" (Şotlandiya) - 0:0

İlk oyun - 0:1

20:00. HİK (Helsinki, Finlandiya) - "Fənərbağça" (Türkiyə) - 2:5

İlk oyun - 0:1

20:30. "Zarya" (Luqansk, Ukrayna) - "Rapid" (Vyana, Avstriya) - 2:3

İlk oyun - 0:3

22:00. "Qalatasaray" (Türkiyə) - "Randers" (Danimarka) - 2:1

İlk oyun - 1:1

22:15. AZ (Niderland) - "Seltik" (Şotlandiya) - 2:1

İlk oyun - 0:2

22:30. ÇFR (Rumıniya) - "Srvena Zvezda" (Serbiya) - 1:2

İlk oyun - 0:4

22:45. "Slovan" (Bratislava, Slovakiya) - "Olimpiakos" (Yunanıstan) - 2:2

İlk oyun - 0:3

23:00. "Legiya" (Polşa) - "Slaviya" (Praqa, Çexiya) - 2:1

İlk oyun - 2:2

23:00. "Antverpen" (Belçika) - "Omoniya" (Kipr) - 2:0 (pen3:0)

İlk oyun - 2:4

23:00. "Şturm" (Avstriya) - "Mura" (Sloveniya) - 2:0

İlk oyun - 3:1