"Əlbəttə ki, sabah bizi çətin oyun gözləyir. Sabahkı oyunda baş məşqçimizin verdiyi tapşırıqları düzgün yerinə yetirərək, Bakıya qələbə ilə qayıtmağa çalışacağıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri HİK-lə cavab oyunundan öncə baş tutan mətbuat konfransında "Neftçi"nin futbolçusu Sezar Meza Kolli deyib. O, komandada özünü yaxşı hiss etdiyini açıqlayıb:

"Gəldiyim gündən bəri komandada özümü xoşbəst hiss edirəm. Həm məşqçilər, həm də komanda yoldaşlarımdan çox razıyam. Çalışacam sabah komanda üçün xeyirli olum. Qol vursam yaxşı olar".

Qeyd edək ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsi üzrə HİK - "Neftçi" matçı sabah saat 20:00-da start götürəcək.