"Neftçi" avqustun 12-də UEFA Avropa Liqasının cavab matçında Finlandiyanın HİK (Helsinki) klubunun qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, Azərbaycan çempionu bu gün səfərə yollanıb.

Flaqman "Bursaspor"a keçəcəyi gözlənilən Namik Ələskərovu Finlandiyaya aparılan heyətə daxil etməyib.

Türkiyə mətbuatında "Bursaspor"un Azərbaycan milli komandasının oyunçusu üçün "Neftçi"yə rəsmi təklif göndərdiyi barədə məlumat yayılıb.

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da "Neftçi" ilə HİK klubları arasında keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib - 2:2.

 

Offsideplus.az