UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu məlum olub.
Offsideplus.az xəbər verir ki, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Mançester Yunayted"in hücumçusu Edinson Kavani birinci olub.
O, səsvermədə "Arsenal"dan Pablo Mari, "Roma"dan Brian Kristante və "Vilyarreal"dan Raul Albiolu qabaqlayıb.