UEFA İntizam Komitəsi "Atletiko"nun çalışdırıcısı Dieqo Simeoneyə sərt cəza verib.
Offsideplus.az xəbər verir ki, buna argentinalı mütəxəssisin dünən Avroliqanın yarımfinalında "Arsenal"la ilk matçda hakimi təhqir etməsi səbəb olub. Bu səbəbdən o, 4 oyunluq Avrokuboklardan uzaqlaşdırılıb. D.Simeone həmçinin 10 min avro məbləğində cərimələnib.
Beləliklə, D.Simeone Avroliqanın finalında "Marsel"la matçda texniki zonada ola bilməyəcək.