UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu bəlli olub.

Offsideplus.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən, Zaqreb "Dinamo"sunun forvardı Mislav Orşiç birinci olub. 

Qeyd edək ki, Orşiç Avroliqanın 1/8 finalında "Tottenhem"lə cavab oyununda (3:0) het-trikə imza atıb.