UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası bəlli olub.
Offsideplus.az xəbər verir ki, "11-liy"ə "Ayaks"dan 3, "Arsenal", "Tottenhem" və "Qranada"dan hərəyə iki futbolçu düşüb.
Qapıçı: Ruy Silva ("Qranada", İspaniya)
Müdafiəçi: Serj Orye ("Tottenhem", İngiltərə), Qabriel ("Arsenal", İngiltərə), Raul Albiol ("Vilyarreal", İspaniya), Nikolas Talyafiko ("Ayaks", Niderland)
Yarımmüdafiəçi: Rayan Qravenberx ("Ayaks", Niderland), Lorentso Pelleqrini ("Roma", İtaliya), Martin Edeqor ("Arsenal", İngiltərə),
Hücumçular: Roberto Soldado ("Qranada", İspaniya), Harri Keyn ("Tottenhem", İngiltərə), Duşan Tadiç ("Ayaks", Niderland).