UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Arsenal" klubunun hücumçusu Pyer-Emerik Obameyanq birinci olub.
Qabonlu hücumçu, səsvermədə "Tottenhem"dən Dele Alli, "Reyncers"dən Alfredo Morelos və "Mölde"dən Andreas Lindeni qabaqlayıb.