UEFA ötən həftə Avropa Liqasının 1/16 final mərhələsində keçirilən "Srvena Zvezda" - "Milan" matçında (2:2) qonaqların ulduz hücumçusu Zlatan İbrahimoviçin məruz qaldığı irqçi təcavüzlə bağlı meydan sahiblərinə intizam işi açıb.
Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, Avropanın ali futbol qurumu Serbiya təmsilçisi barədə araşdırmalara başlayıb.
Buna görə "Srvena Zvezda"nın cəzalandırılacağı gözlənilir.
Xatırladaq ki, oyun zamanı paytaxt Belqrad təmsilçisinin VİP lojada əyləşən azarkeşlərinin 39 yaşlı forvardın ünvanına səsləndirdiyi irqçi ifadələr qalmaqala səbəb olmuşdu. Daha sonra azarkeşlər İbrahimoviçdən üzr istəmişdi.