"Srvena Zvezda"nın azarkeşləri tərəfindən təhqir edilən Zlatan İbrahimviçdən klub üzr istəyib.
Offsideplus.az xəbər verir ki, Belqrad təmsilçisi Avropa Liqasının 1/8 final mərhələsində baş tutan oyunda etnik cəhətdən təhqir edilən 39 yaşlı hücumçudan üzrxahlıq edib. Klub rəhbərliyi ağır təhqirlərdən istifadə edən şəxslərin qanun əsasında cəzalandırılacağını bildirib.
Qeyd edək ki, oyuna çıxmayan Zlatan tribunada matçı seyr edərkən bir qrup azarkeşlər tərəfindən təhqir olunub. Belə ki, onun ünvanına İsveçə köçən bosniyalı müsəlmanlara qarşı istifadə edilən söyüş deyilib.