UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, qurumun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş birinci olub.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi ötən gecə turnirin 1/16 finalında "Real Sosyedad"la matçda (4:0) dubla imza atıb.