Avropanın ali futbol qurumu UEFA Yunanıstanın "Panatinaykos" klubunu sərt şəkildə cəzalandırıb.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən klub UEFA Maliyyə "Fair play" qaydalarına riayət etmədiyi üçün 3 il müddətinə Avropa turnirlərindən məhrum edilib. Belə ki, "Panatinaykos" 2018/19, 2019/20 və 2020/21-ci illər mövsümündə Avropa daxili yarışlarda iştirak edə bilməyəcək.
Üstəlik, komanda 200 min avro məbləğində pul cəzası da alıb.