UEFA "Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsindəki çıxışı ilə əlaqədar ödəniş edib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu mövsüm qrupda bir heç-heçə ilə kifayətləndiyi üçün 190 min avro qazanıb. Bu, 2020-ci il dekabrın 3-də V turun Türkiyənin İstanbul şəhərində İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə 1:1 hesablı nəticənin qeydə alındığı ev oyununa təsadüf edib.
Vəsait AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.